"İNNOVATİV GƏNCLƏR"

ictimai birliyi

QHT xəbər

İmişlidə məktəblilər arasında "Ədəbiyyatı sevənlər" müsabiqəsinin təşkili ilə istedadlı gənclərin üzə çıxarılmasına dəstək layihəsi çərçivəsində intellektual yarış təşkil olunmuşdur.

06 November, 2019 0
08 oktyabr 2019 - cu ildə  Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və İnnovativ Gənclər ictimai birliyinin təşkilatçılığı ilə Məktəblilər arasında "Ədəbiyyatı sevənlər" müsabiqəsinin təşkili ilə istedadlı gənclərin üzə çıxarılmasına dəstək layihəsi çərçivəsində intellektual yarış keçirilmişdir. Yarış  İmişli rayon Şahmat məktəbində baş tutmuşdur.  Rayon məktəbliləri arasında 7 nəfərlik 6 komandanın iştirakı ilə ədəbi mövzularda olan suallardan ibarət “Nə? Harada? Nə zaman?” formatında intellektual turnir təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan layihə koordinatoru Raul Əhmədov məktəbliləri, eləcə də qonaq qismində iştirak edən Təhsil şöbəsi və Rayon İcra Hakimiyyəti nümayəndələrini salamlamış, layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat vermişdir. Raul Əhmədov öz çıxışında layihənin məktəblilər arasında istedadlı uşaqların üzə çıxarılması ilə yanaşı onların bilik və bacarıqlarının inkişaf etdirilməsi baxımından  böyük önəmə malik olduğunu qeyd etmişdir. Yarışda iştirak edən müxtəlif məktəblərdən ibarət komandalar (Qladiator, Məqsəd, Zirvə, Bermud,Uğur, Nəsimi) arasında fəallıq göstərən “Rəsulzadə” komandası birinci yeri tutmuş və komanda üzvləri müxtəlif hədiyyələr, kubok və sertifikatlarla təltif olunmuşdular. Layihənin əsas məqsədi regionlarda yaşayan məktəblilər arasında intellektual oyunlara marağın artırılması ilə parlaq zəka sahiblərinin üzə çıxarılmasına və eləcə də onların bilik və bacarıqlarının inkişafına nail olmaqdır.шаблоны для dle 11.2
все шаблоны для dle на сайте newtemplates.ru скачать