"İNNOVATİV GƏNCLƏR"

ictimai birliyi

Tədbirlər / QHT xəbər

Ağcabədidə məktəblilər arasında "Ədəbiyyatı sevənlər" müsabiqəsi keşirilmişdir.

11 October, 2019 0
11 oktyabr 2019 - cu ildə Ağcabədi rayon 3 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri - Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və İnnovativ Gənclər ictimai birliyinin təşkilatçılığı ilə Məktəblilər arasında "Ədəbiyyatı sevənlər" müsabiqəsinin təşkili ilə istedadlı gənclərin üzə çıxarılmasına dəstək layihəsi çərçivəsində intellektual yarış keçirilmişdir. Rayon məktəbliləri arasında 7 nəfərlik 6 komandanın iştirakı ilə ədəbi mövzularda olan suallardan ibarət “Nə? Harada? Nə zaman?” formatında intellektual turnir təşkil edilmişdir. Tədbiri giriş sözü ilə açan layihə koordinatoru Raul Əhmədov məktəbliləri, eləcə də qonaq qismində iştirak edən Təhsil şöbəsi və Rayon İcra Hakimiyyəti nümayəndələrini salamlamış, layihənin məqsəd və vəzifələri haqqında ətraflı məlumat vermişdir. Raul Əhmədov öz çıxışında layihənin məktəblilər arasında istedadlı uşaqların üzə çıxarılması ilə yanaşı onların bilik və bacarıqlarının inkişaf etdirilməsi baxımından  böyük önəmə malik olduğunu qeyd etmişdir. Yarışda iştirak edən müxtəlif məktəblərdən ibarət komandalar (SÖZ, ALOV, SIĞMAZAM, DOSTLAR, UĞUR, NƏSİMİ, NİZAMİ) arasında fəallıq göstərən “SÖZ” komandası birinci yeri tutmuş və komanda üzvləri müxtəlif hədiyyələr, kubok və sertifikatlarla təltif olunmuşdular. Layihənin əsas məqsədi regionlarda yaşayan məktəblilər arasında intellektual oyunlara marağın artırılması ilə parlaq zəka sahiblərinin üzə çıxarılmasına və eləcə də onların bilik və bacarıqlarının inkişafına nail olmaqdır.шаблоны для dle 11.2
все шаблоны для dle на сайте newtemplates.ru скачать