"İNNOVATİV GƏNCLƏR"

ictimai birliyi

Tədbirlər

Qırx bir ilin həsrəti...

28 May, 2018 0
Həsrət çəkmək çətindir. Həsrətlə yaşamaq isə ondan da çətindi. Həsrətin vüsalına çatmaq ən böyük, şirindən-şirin bir nemətdi. Bəlkə də həsrətlər bizi-daha çox sevdirir, daha çox yaxınlaşdırır.
13 may 2018-ci il tarixdə bir rayonda doğulan, bir məktəbdə oxuyan, bir məktəbdə şagird ömrü yaşayan bir qurup insanların həsrətinin qovuşan, birləşən vaxtı oldu.Elə həmin gün N.Allahverdiyev adın Beyləqan şəhər 1№-li tam orta məktəbin həyətində canlanma var idi. Bazar günü olmasına baxmayaraq bir qrup insanlar yəni babalar, nənələr bu məkana toplaşmışdı. Məktəbin qarşısındakı küçəni keçənlər təəccüblə məktəb həyətinə baxıb buraya toplaşan insanların kim olduqlarını incələmək istəyirdilər. Məktəbin həyətinə toplaşan insanların sayı getdikcə artırdı. Məktəb həyətinə daxil olan insanlar bir-biri ilə səmimi görüşüb öpüşürdü. Hətta bir neçə nənələr, babalar sevinclərindən ağlayırdılar da. Bu hadisəni müşahidə edənlər:  “Axı, orda nə olub, nə baş verir?”- deyə, bir-birlərindən soruşurdular.Axı, bu insanlar niyə bu qədər təlaşda, həyəcandadırlar? Bu hisslərin, həyəcanların yaşanması, böyük bir yaşantı, bir həvəs, bir istək idi. Artıq bu insanların  ən böyük diləklərindən  biri olan, orta məktəbi bitirməklərinin  41 illiyi ilə bağlı görüşmək  arzusuna  çatırdılar.  Bu arzulara çatanlar 1977-ci ilin buraxılışı Xa sinifinin şagirdləri idi. İndi onların sevinclərinin həddi hüdudu yox idi. Gözlərindən, ürəklərindən sevinc yağırdı. Budur, uzaqdan  Xa sinifinin sinif rəhbəri Şəfaət Cəfərov  göründü.O, yaşlı olduğuna baxmayaraq öz təravətin, öz şuxluğun  saxlaya bilmişdi. Keçmiş  məzunlardan bir neçəsi  ona sarı yeriyib qarşılayıb, görüşdülər. Bundan sonra sinifin bütün şagirdləri sinif rəhbərləri Şəfaət müəllimlə görüşüb, öpüşüb, hal-əhvalını sordular. Bu zman məktəb zəngi çalındı. Uşaqlıq illərində olduğu kimi  babalar, nənələr məktəbə daxil olub 41 il bundan qabaq  bir parta arxasında  oturduqları  siniflərinə keçdilər. Çox keçmədən sinifdə yenidən bir canlanma bir səs-küy qopdu. Uşaqlar oturduqları oturacaq üstündə bir-birləri ilə mübahisə etməyə başladılar. Elə ki, Şəfaət müəllim sinifə daxil oldu,hamı sakitcə dayandı. Sinif  nümayəndəsi Sədaqət  Məmmədov Şəfaət müəllimə: “Şəfaət müəllim, “şagidlər” yer üstündə bir-biri ilə mübahisə edirlər”. Şəfaət müəllim “şagird”lərə bir də nəzər salıb dedi:- Siz  bir az sakit olun, mən yenidən yerləri müəyyənləşdirəcəm. Çox keçmədən uşaqların hamısı yerbə-yer edildi.
Sinif nümayəndəsi dərsdə 25 uşağın iştirak etdiyini bildirdi.Sonra üç nəfərin Rasimin, Arifin , Eyvazın dünyasını dəyişdiyini bildirib, kədərləndi. Bu zaman “şagird”lər oturacaqlardan qalxıb bir dəqiqəlik sükutla rəhmətə gedən yoldaşlarını anıb, onlara rəhmət dilədilər. Əvvəldən ssenari üzrə dərsi təşkil edən snif nümayəndəsi Sədaqət Məmmmədova yeni dərs haqqında məlumat verib söylədi ki, suallara dəqiq cavab verən “şagird”lər kiçik hədiyyələrlə qiymətləndiriləcək.Verilən suallar həyatı mövzuda, mənalı və hikmətli idi. Sualların çoxunu  Oqtay, Akif, Zakir, Elman, cavablandırdılar.Qızlardan isə Xalisə, Səyyarə, Gülnar  qiymətləndirildi. “Dərs” necə başlayıb, necə qurtardısa uşaqlar hiss etmədi. Necə ki, məktəb illərində hamı dərs danışmağa can atdığı kimi oldu. Doğrusu, bizim sinifimiz məktəbin ən aktivi idi.  “Dərs” qurtaran kimi  maşınlara oturub Azərbaycan dilbər guşələrindən biri olan Füzuli torpağına getdik. Bu ərazinin füsunkar gözəlliyi və burda yaradılmış “Təbriz” şadlıq sarayı, onun ətrafında ailəvi park, banket zalları adamı valeh edirdi. Bizi ilk qarşılayan həmin yerin sahibi Əbülfət müəllim oldu. Bu gözəl insan səmimiliyi, insanlığı ilə fərqlənən  bir şəxsiyyətdi. O, bizi banket zalına dəvət etdi. Biz zala daxil olanda musiqiçilər bizi “Məktəb illəri” mahnısının sədaları ilə qarşıladı. Biz oğlanlı, qızlı əl-ələ tutub içəri daxil olduq. Hamı əyləşdikdən sonra sinif nümayəndəsi, aparıcı S.Məmmədova 41 il əvvəl onların sinif rəhbəri olmuş Şəfaət müəllimə söz verdi. Şəfaət müəllim bu görüşün  səbəbkarı və təşkilatçıları olan Gülnar ,Sədaqət, Zakir, Akif müəllimə minnətdarlıq etdi. Doğrudan, da 41-ildən sonra ayrı-ayrı regionlarda yaşayan orta məktəb şagirdləri bir araya  toplamaq böyük və gərgin əməkdi.
шаблоны для dle 11.2
все шаблоны для dle на сайте newtemplates.ru скачать